Sinvar seçildi, İsrailin gələcəyə ümidi… – İran

Sinvar seçildi, İsrailin gələcəyə ümidi… – İran

Yəhya Sinvarın HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilməsi İsraili gələcəyə ümiddən məhrum edən bir yol deməkdir.

AzerTimes xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.

“Dünən Yəhya Sinvarın HƏMS Siyasi Bürosunun rəhbəri təyin olunması fələstinlilərin və HƏMAS-ın seçdiyi yolu göstərdi. Bu seçim o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmayacaq”, – o bildirib.

Musəvi İsrail hökumətini vəhşi qəbilələrə bənzədib:

“Amma hətta vəhşilər də bəzi normalara riayət ediblər. İsrail isə bütün beynəlxalq qaydaları və qanunları pozur”.

Teqlər: