İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS-ın yeni lideri seçilən Yəhya Sinvar təşkilatın üzvlərinə terrorçu-kamikadzelərin yenidən fəaliyyətə keçirilməsini əmr edib.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ərəb kəşfiyyatına istinadla məlumat yayıb.
“HƏMAS liderinin çağırışından bir neçə gün sonra Təl-Əvivdə terror aktı baş verdi, partlayış nəticəsində bir yaraqlı öldü, bir nəfər yaralandı. HƏMAS ötən həftə Təl-Əvivdə 7 nəfərin, Beer-Şevada 1 hərbçinin öldüyü iki ayrı hücuma görə də məsuliyyəti öz üzərinə götürdü”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Yəhya Sinvar bir neçə dəfə İsrailə sülh təklif edib. Lakin İsrail rəhbərliyi onun tələblərini rədd edərək, yalnız qeyd-şərtsiz kapitulyasiyaya razılaşacağını bildirib.