HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar atəşkəs və girovların azad edilməsi ilə bağlı İsraillə razılığa gəlməkdə maraqlı olduğunu bildirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası HƏMAS-dakı mənbələrə istinadən məlumat yayıb.
Sinvar bunu İran ətrafında vəziyyət gərginləşməmişdən əvvəl etməyin vacib olduğunu vurğulayıb. O, Qəzza zolağından kənarda yerləşən hərəkat rəhbərliyinin nümayəndələrinə uzun ismarış göndərib. İsmarışda onları İranın mümkün hücumundan əvvəl İsraillə atəşkəslə bağlı razılığa gəlməyə çağırıb.