Sinqapur Hava Yollarına məxsus “Boinq 777-300 ER” sərnişin təyyarəsi güclü hava boşluğuna (turbulentlik) düşüb.
AzerTimes xəbər verir ki, bununla bağlı SHOT Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Londondan Sinqapura uçan təyyarədə insident nəticəsində 1 sərnişin həlak olub, 30-dan çox yaralı var. Təyyarə Tailandın paytaxtı Bankokda yerə enməyə məcbur olub.
Təyyarədə 211 sərnişinin və 18 ekipaj üzvünün olduğu bildirilir.