Xəbər - Orxan Nəbiyev – Trend:
Sinqapur hökumətə ölkəyə daxil olan əcnəbi vətəndaşlardan son 90 gün ərzində koronavirusa yoluxub sağalması və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərlə peyvəndlənməsi təqdirində test və məcburi karantin tələbini aradan qaldırır.
Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri On Ye Kun deyib.
Qeyd olunur ki, yeni qayda yanvarın 24-dən etibarən qüvvəyə minəcək.
Son 90 gün ərzində xəstəlikdən sağalmış, eləcə də tam peyvən olunmuş şəxslər Sinqapura daxil olarkən karantinə alınmayacaq.