Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda tətbiq olunan “Sinovak” vaksini bir çox ölkələr tərəfindən tanınır.
AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, “Sinovak” vaksininin dünyada tanınmaması ilə bağlı deyilənlər doğru deyil. “Sinovak” Avropanın əsas sertifikat verən qurumu tərəfindən təsdiq edilib və bir çox ölkələr tərəfindən qəbul edilir.