Xəbər - İlhamə İsabalayeva – Trend:
Hazırda vaksinasiya üçün istifadə edilən “Sinovac” vaksinin ən böyük üstünlüyü ondadır ki, o, öldürülmüş virus əsasında hazırlanıb. Orqanizmə daxil olduqda orada onun çoxalması mümkün deyil.
Bunu AzerTimes-a Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, əsas məsələ vaksinin harada istehsal edilməsi deyil, onun təhlükəsizliyidir.
A.Allahverdiyev hazırda COVİD-19-a yoluxma hallarının sayının azalmasını görülən tədbirlərin nəticəsi kimi dəyərləndirib:
“COVİD-19-a yüksək yoluxma sayından sonra hazırda sutka ərzində qeydə alınan 200-ə yaxın hal “yox” kimi qeydə alına bilər. Düzdür, yenə də epidemioloji baxımdan problemlər var, amma yoluxma sayının 200-ə enməsi ciddi bir irəliləyişdir”.