Sınaq işləri başa çatandan sonra yeni vaqonlar xəttə buraxılacaq – Bakı Metropoliteni

Xəbər - Samir Əli – Trend:

Bakıya gətirilən yeni və müasir 20 vaqon “Nərimanov” elektrik deposunda sazlanma sınaq işlərinə təhvil verilib.

Bunu AzerTimes-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin departament rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, artıq vaqonlar mütəxəssislər tərəfindən yoxlanılır: “Rusiyanın “Metrovaqonmaş” şirkətinin mütəxəssisləri Bakıdadır. Vaqonlarda həmin mütəxəssislər tərəfindən sazlanma sınaq işləri başlanıb. Sınaq işləri başa çatandan sonra yeni vaqonlar xəttə buraxılacaq”.


Teqlər: