Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi elan edildikdən sonra bir daha həqiqətlər üzə çıxıb.
AzerTimes xəbər verir ki, ATA İttifaqının prezidentliyə sabiq namizədi, 28 mayda keçirilən təkrar seçkilərdə Cümhur İttifaqına dəstək verən Sinan Oğana yeni kabinetdə yer verilməməsi haqda o özü də qeyd edib.
“Yeni kabinetin ölkəmizə və millətimizə xeyirli olmasını arzulayıram. İlk gündən də dediyim kimi, sayın Cümhurbaşqanı ilə bizim hər hansı vəzifə bazarlığımız olmamış, prinsiplər əsasında bir-bir anlaşmamız müzakirə edilmişdi. O səbəbdən ilk gündən adımız üzərindən aparılan “bazarlıq” və s. kimi spekulyasiyaların nə qədər yersiz və iftira niyyətli olduğu bir daha göründü. Başda iqtisadiyyat və qaçqınlar olmaq üzrə, yaxın vaxtlarda prinsiplərimizin həyata keçirilməsinə birlikdə şahid olacağıq, inşallah”, – deyə Sinan Oğan sosial şəbəkə hesabında qeyd edib.