ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan bu gün Millət İttifaqından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə görüşəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, görüş CHP-nin mərkəzi qərargahında keçiriləcək.
Görüş zamanı “seçki təhlükəsizliyi” məsələsinin müzakirə olunacağı bildirilir.