Sentyabrın 27-də başlanan və 30 illik işğala son qoyulan 44 günlük Vətən müharibəsinin başlandığı bu gün Anım Günüdür.
AzerTimes xəbər verir ki, bu barədə türkiyəli siyasətçi Sinan Oğanın X sosial hesabında bildirilib.
“Ölkənin birliyi və bütövlüyü uğrunda canlarından keçmiş, tarixi dəyişdirmiş bütün qəhrəman şəhidlərimizi rəhmətlə yad edirəm. Qazilərimizə cansağlığı və şəfa diləyirəm”, – paylaşımda qeyd edilib.