Sinan Atəş öldürüldü

Sinan Atəş öldürüldü

Türkiyənin Ülkü Ocaqları Tədris və Mədəniyyət Mərkəzinin keçmiş sədri Sinan Atəşə Ankaranın Çankaya rayonunda silahlı hücum olub.

AzerTimes xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Sinan Atəş ofisdən çıxıb cümə namazı üçün məscidə gedərkən motosiklet sürücüsü onu başından vurub. Atəş hadisə yerində həyatını itirib.

Qatilin tapılması istiqamətində polis geniş axtarışa başlayıb.

Teqlər: