Simonyanın timsah göz yaşları – Öz parlamentində sülh yarada bilməyən erməni spiker regionda sülhdən danışır

Ermənistan hakimiyyəti müxtəlif rəhbər səviyyələrdə İkinci Qarabağ müharibəsindən əvvəl olduğu kimi indidə ictimaiyyəti aldatmaq məqsədli açıqlamalar verməyə davam edirlər.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın RBK televiziya kanalına müsahibəsində guya regionda sülh qurmağa çalışdıqlarını, səhifəni çevirməyə hazır olduqlarını bildirib. Müsahibədən sitat: “Səhifəni çevirib bölgədə sülh qura bilmək çox vacibdir”


Ermənistan parlamentində dava: Ohanyan deputata butulka atdı, iclas yarımçıq dayandırıldı (VİDEO) (ƏLAVƏ OLUNUB)

Simonyanın sülh qurmaqla bağlı fikirləri isə Ermənistan hakimiyyətinin əməlləri ilə qətiyyən üst-üstə düşmür.

Simonyan Azərbaycan ictimaiyyətinə Ermənistan parlamentindəki davalar və müxalifət yönümlü bloger Artur Danielyanın burnunu qırması ilə tanış gələ bilər. Deputatlar arasındakı bütün davalarda izləyici mövqedə dayanan şəxs Ermənistan parlamentinin spikeri Alen Simonyandır.

Hazırda regiondakı qısa vəziyyətə nəzər salsaq, bunu açıq görmək olar. İlk öncə onu qeyd edək, sülh və sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı çağırışı Azərbaycan tərəfi edib. Bu istiqamətdə isə Ermənistan tərəfindən heç bir müsbət addım atılmayıb.

Regionda kommunikasiyaların açılma məsələsi: Azərbaycan 10 Noyabr bəyanatına uyğun olaraq regionda bütün kommunikasiyaların açılmasının tərəfdarı olduğunu bildirib. Bu istiqamətdə də geniş miqyaslı işlər aparılır, yol tikintisi, dəmir yollarının çəkilməsi və.s Çünki bütün komunikasiyaların açılması regionda sülhə aparan ilk vasitələrdəndir. Bu istiqamətdə Ermənistan tərəfi nə iş görür? Bu suala erməni spikerin nə cavab verəcəyini bilmək maraqlı olardı.

Digər bir məsələ sərhədlərin müəyən olunmasıdır ki, bu məsələdə də Ermənistan stabil mövqe nümayiş etdirmir, pozuculuq fəaliyyəti göstərir. Ermənistan dövlət olaraq hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. Beynəlxalq təşkilatların, digər dövlətlərin məsələdə tərəf olması ilə bağlı təkliflərinə də heç bir müsbət reaksiya vermir.


Prezident İlham Əliyev: Əfsuslar olsun ki, Ermənistan bizim sülh təşəbbüslərimizə hələ də müsbət cavab verməyib

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında, müsahibələrində qeyd edib ki, qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan onlara öz vətəndaşlıları ilə eyni hüquqlu hesab edir. Digər tərəfdən erməni cəmiyyətində isə on illiklər boyu davam etdirilən azərbaycanafobiya bu gün də davam etdirilir. Azərbaycana, azərbaycanlılara erməni cəmiyyətində nifrət təbliğ olunur. Belə olan halda erməni spikerin sülhdən danışması daha çox ictimaiyyəti aldadmağa çalışmaqdan başqa bir şey kimi görünmür.

Ermənistan parlamentinin spikeri Alen Simonyan RBK-ya müsahibəsində İkinci Qarabağ müharibəsində həlak olan ermənilərin halına yanmaqla, azərbaycanlılarla bağlı da danışır. Onlara guya heyfislənir.

Yoldaş spiker, bəs niyə 30 il ərzində Azərbaycanın sülh təkliflərinə, münaqişənin dinc yolla həl olunmasını istəməsinə Ermənistan heç müsbət reaksiya vermirdi?! Niyə Ermənistan 30 il ərzində daim işğalın müddətini uzatmağa və Qarabağı öz ərazisi kimi tanıtdırmağa çalışırdı?!

Ermənistanın bu gün səhifəni çevirməyə çalışmaqdan daha çox səhifəni geri qaytarmağı arzulamaqla məşğuldur.

Azərbaycan Prezidenti, Azərbaycan Ordusu regionda yeni reallıq formalaşdırıb. Ermənistanda bütün revanşist fikirlərdə olanlar da ilk növbədə bunu dərk etməlidir. Daim onun-bunun asılılığında mövcudluğunu davam etdirən Ermənistan bu gün regionda yaranan yeni reallıqdan, sülh mühitindən öz inkişafı naminə istifadə etməlidir.

Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri

Teqlər: