RT telekanalının baş redaktoru Marqarita Simonyanın Feysbuk və İnstaqram səhifələri bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Simonyan özünün Teleqram kanalında məlumat yayıb.
“RT, “Rossiya seqodnya” və mənim İnstaqram və feysbuk səhifələrim bloklanıb”, – Simonyan bildirib.
Qeyd edək ki, bir neçə gün öncə RT telekanalının baş redaktoru Marqarita Simonyan X-də yaratdığı yeni səhifə bağlanmışdı.