Simonyanın evinin qarşısına yenə PUA düşdü

Simonyanın evinin qarşısına yenə PUA düşdü

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Soçidə evinin yaxınlığına zərbə PUA-sı düşdüyünü bildirib.

AzerTimes xəbər verir ki, Simonyan bu barədə Teleqram kanalında yazıb.

“Bu gün gecə zərbə PUA-sı Adlerdə (Soçidə mikrorayon – red.) özümün və anamın boya-başa çatdığı və hələ də körpə uşaqlarla birgə doğmalarımın yaşadığı evimizin düz qarşısına düşdü”, – deyə Simonyan bildirib.

Onun sözlərinə görə, bu kimi hadisələr nüvə ultimatumunu daha da aktual edir.

Qeyd edək ki, bundan öncə də Simonyan evinin qarşısına PUA düşdüyünü bildirmişdi.

Teqlər: