Simonyanın Ermənistana girişi qadağan edildi

Simonyanın Ermənistana girişi qadağan edildi

Rusiyanın erməni əsilli jurnalisti Marqarita Simonyanın Ermənistana girişi qadağan olunub.

AzerTimes xəbər verir ki, bu barədə Simonyan Teleqram kanalında bildirib.

“Uzun illər Ermənistanın qatı himayədarı olan Konstantin Zatulinin Ermənistana girişi ölkənin hazırkı lideri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mən də”, – deyə o bildirib.

Qeyd edək ki, daha öncə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanda arzuolunmaz şəxs elan edilib.

Teqlər: