Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya cavab verib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Konfransın mövzusu “Rusiyanın Ukraynanı qanunsuz işğalı” idi, təsadüfən onları incitməmək üçün “qanunsuz” sözünü işlətmədim, lakin mənim çıxışımda beynəlxalq hüquqa, onların bəyanatlarına, imzaladıqları sənədlərə zidd olan heç nə yoxdur. Belarus və Türkiyə də yeni ərazilərin Rusiyaya daxil olmasını tanımır. Eyni zamanda, Türkiyə Prezidenti Krımı da tanımadığını xüsusilə vurğulayır. Mən başa düşmək istəyirəm: gücləri yalnız bizə çatır? Problem ondadır ki, onlar Ermənistanın müstəqil dövlət kimi fəaliyyət göstərməli olduğunu dərk etmirlər. Onların fikrincə, biz hələ də əyalət olaraq qalırıq”, – o bildirib.