Simonyan vəzifəsindən uzaqlaşdırıla bilər

Simonyan vəzifəsindən uzaqlaşdırıla bilər

Ermənistan parlamentinin spikeri Alen Simonyanla bağlı insidentdən sonra onun istefasını tələb edənlərin sayı artıb.

AzerTimes xəbər verir ki, Ermənistanın keçmiş rəhbəri Levon Ter-Petrosyan da Simonyanı istefaya çağırıb.

Petrosyan parlament rəhbərinin vətəndaşa sözün əsl mənasında tüpürməsini bağışlanılmaz hesab edir:

“Simonyanla bağlı insidenti iyrəncdir. Onu istefaya çağırıram”.

Qeyd edək ki, erməni deputatları Hayk Mamicanyan və Aspram Krpeyanın Ermənistan parlamentinin spikeri Simonyanla bağlı insident barədə danışması ölkədə ciddi səs-küyə səbəb olub. Onların sözlərinə görə, erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan Simonyanı İrəvanın mərkəzindəki görüb və ictimaiyyət qarşısında onu satqın adlandırıb. Buna cavab olaraq spikerin mühafizəçisi Mkrtçyanın qollarını burub, Simonyan özü isə gəlib onun üzünə tüpürüb. Spiker hadisəni inkar etməsə də, təhqirə necə reaksiya verdiyini açıqlamayıb.

Teqlər: