Ermənistan parlamentinin sədri Alen Simonyan “Mülki müqavilə” partiyasının iclasını başa çatmamış tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“İclasa Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edib. Simonyanın gedişindən təxminən 15 dəqiqə sonra Paşinyan da gedib. Parlament sədri iclasda nələrin müzakirə olunduğunu demək istəməyib, həmçinin onun istefası ilə bağlı məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırmayıb”, – məlumatda deyilir.
Qeyd edək ki, görüşdə Simonyanla bağlı insidentin müzakirəsi də planlaşdırılıb.
Xatırladaq ki, erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan Simonyanı İrəvanın mərkəzindəki görüb və ictimaiyyət qarşısında onu satqın adlandırıb. Buna cavab olaraq spikerin mühafizəçisi Mkrtçyanın qollarını burub, Simonyan özü isə gəlib onun üzünə tüpürüb. Bu, insidentdən sonra spikerin vəzifəsindən uzaqlaşdırılması cidd şəkildə müzakirə olunur. Artıq onu istefaya səsləyənlərin sayı artıb.