Simonyan və onun timaslında erməni diasporu əslində Rusiyanın öz əleyhinə yönəlmiş təxribat törədir

Xəbər - Elçin Mehdiyev – Trend:

Simonyan və onun timaslında Rusiyadakı erməni diasporası növbəti dəfə açıq şəkildə anti-türk meyillərini nümayiş etdirirlər. Özlərini Rusiya tərəfdarı kimi göstərməyə çalışan erməni diaspor nüməyəndələri müxtəlif açıqlamalar və bəyanatlar verirlər. Guya qatı şəkildə Rusiya mövqeyindən çıxış etsələr də, bunların əsas iki məqsədi var. Birincisi, bu yolla Rusiyada özlərinə xal toplamaq və gələcək fəaliyyətlərində bundan daha rahat istifadə etmək. İkincisi isə onların hər zaman xislətində olan anti-türk meyilləridir. Bu gün də onlar türkofobiyanı təbliğ edirlər. Türklərə qarşı bəyanatlar səsləndirirlər.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Simonyan və Rusiya mediasına, siyasi düşərgəsinə sızmış erməni millətçiləri yaşadıqları ölkənin maraqlarından başqa bütün digər dövlətlərin, xüsusilə də “erməni diasporu” adı altında pərdələnmiş ultramillətçi erməni təşkilatlarının geosiyasi alət kimi istifadə olunduğu qütbün maraqlarına xidmət edirlər.

“Simonyan və onunla eyni “düşərgəni” bölüşən baqdasarovlar, kurqinyanlar Rusiyanın informasiya məkanına sızmış casus şəbəkəsinin təmsilçiləridir. Bu şəxslərin yeganə məqsədi Rusiyanın təhlükəsizliyinə təhdid yaratmaqdan, bu ölkəni yaxın qonşularıyla qarşı-qarşıya gətirməkdən ibarətdir. Rusiyanın türk dövlətləri, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafı onların uzun illərdən bəri mövcudluqlarını qoruyub saxladıqları ideoloji xətti məhv edə bilər.

Çünki bu günə qədər öz mövcudluqlarını anti-türk ritorikası üzərinə təmin ediblər və Avrasiya məkanında dominant rol oynayan iki böyük xalqın – türklərin və rusların (slavyan xalqlarının) yaxınlaşması nəticə etibarilə onların və “erməni məsələsi”ndən istifadə edərək həyatını təmin edən siyasətçilərin lazımsız bir “əşya” kimi kənara atılmalarına zəmin yarada bilər”, – deyə E.Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, əslində, ərazisində bu gün dünya xəritəsində müstəqil hüququn subyekti kimi mövcud olan türk dövlətlərinin əhalisi ilə ortaq dil və mədəniyyəti paylaşan türk topluluqlarının yaşadığı Rusiyada anti-türk təbliğatı aparmaq, ilk növbədə Rusiyanın öz əleyhinə yönəlmiş təxribatdır.

“Simoyan və onun timaslında Rusiyadakı erməni diasporası əllərinə düşən hər bir imkandan süi-istifadə etməyə, öz çirkin maraqlarına xidmət etməyə cəhd edirlər. Elə Vətən müharibəsi dövründə də onlar bu cür çirkin əməllərdən istifadə etməyə çalışdılar, Azərbaycan və Türkiyə əleyhinə təbliğat kampaniyası apardılar. Lakin onların bu çirkin əməlləri heç bir nəticə vermədi, Azərbaycan öz istəyinə nail oldu. Əslində, Simoyan və erməni diasporasının bu hərəkətləri Rusiyanın özünə qarşı yönəlmiş təxribatdır. Rusiya bu məsələyə diqqət yetirməli, Simoyan və erməni diasporası ilə bağlı ciddi tədbirlər görməlidir”, – deyə ekspert qeyd edib.

Teqlər: