Sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan parlamentinin sədri Alen Simonyanın deyib.
“Biz bunu imzalamağa hazırıq, deyə bilərik ki, top Azərbaycan tərəfdədir”, – bildirib.
Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, o qeyd edib ki, proses davam edir:
“Ümid edirik ki, uğur qazanacağıq”.