Ermənistan parlamentinin sədri Alen Simonyan Kiyev tərəfinin təşəbbüsü ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıb, Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.