Beynəlxalq İnsan Haqları Federasiyası və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğuna məktubla altı rusiyalının həbsinə order verilməsi ilə bağlı müraciət ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, “Rossiya Seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselyovun, teleaparıcı Sergey Mardanın, habelə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyevin həbsinə order verilməsini tələb ediblər.
Bəyanat müəlliflərinin fikrincə, onların hamısı Ukraynada dinc əhaliyə qarşı nifrətin yayılması kampaniyasında iştirak etməklə Rusiyanın hərbi cinayətlərinə töhfə verirlər. Hüquq müdafiəçiləri qeyd edirlər ki, bu hərəkətlər insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.