Simonyan Simonyanı təhqir etdi: Manqurt agent!

Simonyan Simonyanı təhqir etdi: Manqurt agent!

Ermənistan öz suverenliyinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Dövlət Dumasının MDB işləri üzrə müavini, ermənipərəst Konstantin Zatulinə ölkəyə giriş qadağasını şərh edərkən deyib.

“Ermənistan öz suveren ərazisinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz və sərhədlərimiz bizim “qırmızı xətt”imizdir. Ona görə də bütün dostlar, tərəfdaşlar bunu nəzərə almalıdırlar. Marqarita Simonyan haqqında isə məlumatım yoxdur. Lakin bu qadağa Simonyana, onun əri Tiqran Keosayana, müxtəlif ölkələrin erməni soyadlı manqurt agentlərinə, eləcə də Ermənistana, onun müstəqilliyinə, keçmiş rəhbərlərinə hörmətsiz münasibət göstərəcək digər şəxslərə də şamil edilə bilər”,- o bildirib.

Simonyan qeyd edib ki, onlar şəxsi söhbətlərdə Ermənistanın eks-prezidentləri haqqında kifayət qədər təhqiramiz ifadələr işlədirlər:

“Bir gün səbrimi itirib bu adamların dediklərini açıqlaya bilərəm”.

Teqlər: