Simonyan qalmaqalı: Paşinyandan bu tələb edilir

Simonyan qalmaqalı: Paşinyandan bu tələb edilir

Hakim partiyanın üzvləri Ermənistan parlamentinin sədri Alen Simonyanın istefasını tələb edir və bu məsələni Paşinyan qarşısında qaldırıblar.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.

“Bu günlərdə hakim Mülki Müqavilə Partiyasında Simonyanın məcburi istefası məsələsi qızğın müzakirə olunur. Partiya üzvlərinin sözlərinə görə, Simonyan və onun tərəfdaşları dəfələrlə qalmaqalların mərkəzində olublar, lakin cəzasız qalıblar. Simonyanın arvadı tərəfindən idarə olunan “Fri Nyus”(Freenews) kanalı bir neçə aydır ki, Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinə aylıq 1,5 milyon dramı (3,7 min dollar – red.) ödəmir. Hazırda “Fri Nyus” televiziya şirkətinin borcu 23,3 milyon dramdır (57,7 min dollar – red.). Bundan əlavə, özünü korrupsiya qalmaqalının mərkəzində tapan Simonyanın qardaşının arvadı Ani Gevorqyan bir neçə gün əvvəl həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Hakim partiya bildirir ki, spikerin ətrafında yaranmış bu atmosferə son qoyulmalıdır. Çünki bu, komandanın reytinqinə xələl gətirir.

Qeyd olunub ki, keçən ilin aprelində Simonyan İrəvanın mərkəzində vətəndaşın üzərinə tüpürüb və ictimaiyyətin kəskin reaksiyasına baxmayaraq, cəzasız qalıb. İndi də korrupsiya məsələsi var və Alen cəzalandırılmalıdır. Məsələ ondadır ki, Paşinyan dəfələrlə komanda yoldaşlarına xəbərdarlıq edib ki, korrupsiya proseslərində iştirak bağışlanmayacaq, amma indi Simonyan bağışlanır”, – məlumatda deyilib.

Teqlər: