Simonyan Papuaşvili ilə görüşdü: Qafqazdakı vəziyyət…

Simonyan Papuaşvili ilə görüşdü: Qafqazdakı vəziyyət…

Cənubi Qafqazdakı vəziyyət və regionun tranzit potensialı Ermənistan və Gürcüstan parlament spikerləri Alen Simonyan və Şalva Papuaşvili tərəfindən müzakirə edilib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb

Onlar həmçinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Ş.Papuaşvili sosial şəbəkələrdə bildirib ki, görüş Simonyanın Gürcüstana işgüzar səfəri çərçivəsində Telavidə baş tutub.

Gürcüstan parlamentinin spikeri qeyd edib ki, gürcü tərəfi Ermənistanın Avropa İttifaqı ilə dialoqun dərinləşdirilməsi istiqamətindəki səylərini alqışlayır və öz təcrübəsini bölüşməyi təklif edib.

Teqlər: