Simonyan gürcüləri təhdid etdi: Tiflis vurulacaq

Simonyan gürcüləri təhdid etdi: Tiflis vurulacaq

Tiflisdəki etirazçılar “Suxumi, Suxumi” qışqırırlar. Əslində, əvvəlcədən aydın idi ki, bütün bu səs-küy yalnız bizə ikinci cəbhə açmaq üçün lazım idi.

AzerTimes xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanda baş verənlərlə bağlı deyib.

“Qərbdə kremlenoloqlar qalmayıb və onlara deyən yoxdur ki, 2008-ci ilin avqustu təkrarlansa, Gürcüstanla bağlı heç kim təlaşa düşməyəcək və oraya heç kim qoşun yeritməyəcək. Sadəcə olaraq, seçim etmədən birbaşa Tiflisə zərbələr endiriləcək. Çünki indi hissiyatlıq vaxtı deyil, Tiflisdə Kiyev-Peçersk monastrı yoxdur, heç kim heç vaxt bizi gürcülərlə eyni xalq hesab etməyib və etmir. Rusiya Federasiyasında heç vaxt “Tiflis Rusu” olmayıb. Gözəl şəhərə və onun temperamentli sakinlərinə yazığımız gələrdi, amma onların özlərinə yazığı gəlmir”, – Simonyan bildirib.

Teqlər: