Qriboyedov olmasaydı, Cənubi Qafqazda kiçik etnik qruplar indiyə qalmazdı. Məhz böyük rus səfiri Qriboyedov Türkmənçay müqaviləsinin arxasında durdu.
AzerTimes xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyan çıxış edib.
“Qriboyedov olmasaydı, Cənubi Qafqazda kiçik etnik qruplar indiyə qalmazdı. O etnik qrupa mən də daxiləm. Biz (ermənilər – red.) o kişiyə görə sağ qaldıq. Qriboyedov böyük adam olub. Gərək ermənilər bunu dərk etsin və unutmasın”, – deyə Simonyan bildirib.
Qeyd edək ki, rus şairi və dövlət xadimi Aleksandr Qriboyedov ermənilər haqqında bu sətirləri yazıb: “Ermənilərin mərkəzi rus torpaqlarında yerləşdirilməsinə icazə verməyin. Onlar elə bir tayfadırlar ki, on il bir yerdə yaşasalar, bütün dünyaya qışqırmağa başlayacaqlar ki, bu, atalarımız və ulu babalarımızın torpağıdır…”
Məhz Qriboyedovun səyi nəticəsində ermənilər Azərbaycanın Qarabağ və İrəvan xanlıqlarının ərazisinə köçürülüb. Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq ideyasının müəlliflərindən və onu həyata keçirənlərdən biri də Qriboyedovdur.