Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada deyib.
O, Türkiyənin regionda sülhün bərqərar olması məsələsində substantiv addımlara əl atacağına ümid etdiyini bildirib:
“Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz sülh müqaviləsi imzalamağa hazırıq və maraqlıyıq. Ticarət baxımından regionun açılmasında heç bir problem görmürük. Təbii ki, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana və Türkiyəyə insanlar və mallar sərbəst şəkildə gedə bilər”.