Rusiyalı teleaparıcı və RT kanalının baş redaktoru Marqarita Simonyan qanunsuz şəkildə Abxaziyaya səfər edib və Suxumidə tələbələrlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə “SOVA Nyus” məlumat yayıb.
2001-ci ildə çeçen komandir Ruslan Gelayevin dəstəsini Soçiyə buraxmadıqları üçün rus xalqı adından abxazlara təşəkkür də edib.
Simonyan çıxışı zamanı beynəlxalq QHT-lər, o cümlədən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAİD) də kəskin tənqid edib.