Simferopol hərbi xəstəxanası tamamilə doludur. Cəbhənin iki istiqamətində yaralanan və öldürülən hərbçilər oraya aparılır.
AzerTimes xəbər verir ki, bu barədə “Atəş” partizan hərəkatı məlumat yayıb.
“Hərbi nəqliyyat demək olar ki, gecə-gündüz Jukovski küçəsi boyunca hospitalın ərazisinə daxil olur. Bura gətirilənlər əsasən Zaporojye və Avdeyevka istiqamətində öldürülən və ya yaralanan hərbçilərdir. Hospital tamamilə doludur. Meyitlər o qədər çoxdur ki, “KamAZ”larla daşınır”, – məlumatda bildirilib.