Şimali Makedoniyanın Tetovo şəhərində koronavirus xəstələri üçün olan xəstəxanasında yanğın baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ölkənin Səhiyyə naziri Venko Filipçe bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 10 nəfər həlak olub:
“Hazırda yanğın nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib, lakin bu rəqəm arta bilər”.
Səhiyyə naziri həmçinin ölən və yaralananların ailələrinə başsağlığı verib.