Şimali Makedoniyada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Şimali Makedoniyanın parlamenti ölkənin şimal və cəbnub hissəsində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, parlamentdə fövqəladə vəziyyət rejiminin tətbiqinin lehinə 92 deputat səs verib, qarşı çıxan və ya səs verməyən olmayıb.


Bildirilir ki, bu barədə qərar koronavirus pandemiyası və qeyri-qanuni miqrant axını riski ilə əlaqədar qəbul edilib.