Şimali Makedoniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb (FOTO)

Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, BMT-nin Baş Assambleyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXI Ali səviyyəli toplantısı çərcivəsində Mərkəzin üzvləri ilə görüş keçirib.

Görüş zamanı Mərkəzin üzvləri Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Bosniya və Herzeqovinanın sabiq baş naziri Zlatko Lagumdzija, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, Baş katib müavini İlahə İbrahimli mərkəzin qərbi balkanlarda reallaşdırılan layihələr, keçiriləcək VIII Qlobal Bakı Forumu haqqında fikir mübadiləsi aparılmışdır. O cümlədən Şimali Makedoniya Respublikasının Prezidentinə Nizami Gəncəvinin 880 illiyi çərçivəsində Mərkəzin həmsədri Dr. İsmayıl Seragəldin tərəfindən yazılan Nizami Gəncəvi: Şair və Müdrük kitabı hədiyyə verilib.

Prezident Stevo Pendarovski Mərkəzin XXI Ali Səviyyəli toplantısında Qərbi Balkanlar mövzusunda təşkil olunmuş xüsusi paneldə çıxış edib.

Teqlər: