Şimali Makedoniya beş rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Şimali Makedoniya hökuməti beş rusiyalı diplomatı arzuolunmaz
şəxs elan edib.

Trend-in
məlumatına görə, hökumətin qərarına əsasən, diplomatların 5 gün
ərzində ölkəni tərk etməsi tələb olunur.

Bununla əlaqədar olaraq Rusiyanın Şimali Makedoniyadakı səfiri
Sergey Bazdnikin nota təqdim olunması üçün Xarici İşlər Nazirliyinə
çağırılıb.

Xatırladaq ki, ötən həftə Polşa hökuməti 45 Rusiya diplomatını
casusluqda ittiham edərək ölkədən çıxarılmasını tələb etmişdi.