Şimali Makedoniya Azərbaycan qazının idxalı layihəsinin işə düşəcəyi müddəti açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

Şimali Makedoniya Azərbaycan qazına çıxış imkanı verəcək Yunanıstanla trans-sərhəd qaz kəmərinin tikintisinə 2022-ci ilin əvvəlində başlayacaq.

Trend-in məlumatına görə, bunu Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bektaşi öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, ölkənin “National Energy Resources” dövlət şirkəti Avropa İnvestisiya Bankı ilə layihə xərclərinin bir hissəsinin təmin olunması üçün 28,9 milyon avro məbləğində kreditin təqdim olunması barədə müqavilə imzalayacaq.

“Bu interkonnektorun tikintisi ilə biz həm vətəndaşlar, həm də biznes üçün daha rəqabətqabiliyyətli qiymətləri təmin edə biləcəyik”, – deyə nazir bildirib.


Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlayıb.

Twiitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: