BMT-nin Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyaları sərtləşdirən qətnaməni yekdilliklə qəbul edib.
Yeni qətnaməyə əsasən, Şimali Koreyadan dəmirin, qurğuşunun, kömürün və dəniz məhsullarının idxalına qadağa qoyulur.
Bununla yanaşı, KXDR-in Xarici Ticarət Bankının hesabları dondurulacaq.
Qeyd edək ki, qətnaməni ABŞ təklif edib.