İspaniya xarici işlər naziri Şimali Koreya səfirindən ölkəni tərk etməsini istəyib.
Şimali Koreyanın nüvə və ballistik sınaqları səbəbilə bu ölkənin səfiri xarici işlər nazirliyinə çağırılıb və onun “Persona non grata” elan edildiyi deyilib.
Qeyd edək ki, səfirlik işçilərinə ölkəni tərk etmək üçün 30 sentyabr tarixinə qədər vaxt verilib.