ABŞ Şimali Koreyanın Rusiyaya silahla yardım etdiyinə dair sübutları BMT-yə təqdim edib.
AzerTimes xəbər verir ki, nu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
O, mətbuat nümayəndələrinə noyabrın 18-də Rusiyadan Şimali Koreyaya gedən beş rus vaqonunun peyk görüntülərini təqdim edib.
“Növbəti gün Şimali Koreya bu vaqonları, konteynerləri yükləyəndən sonra Rusiyaya qayıdıb”, – C.Kirbi deyib.