Şimali Koreyanın raketləri ABŞ ərazisinə çata bilər

Şimali Koreyanın raketləri ABŞ ərazisinə çata bilər

Şimali Koreyanın sınaqdan keçirdiyi ballistik raketlər Amerika torpaqlarına çatmaq qabiliyyətinə malikdir.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akvilino deyib.

Admiral qeyd edib ki, Pentaqon hələlik Şimali Koreya raketlərinin nüvə avadanlığı ilə ABŞ ərazisinə çata biləcəyini qiymətləndirə bilmir:

“Bu məqsədə çatmaq üçün Şimali Koreya konstruktorları nüvə başlığının ölçüsünü azaltmalıdırlar. Amma Pxenyanın belə bir nəticəyə nail olub-olmayacağı hələlik bəlli deyil”.

Teqlər: