Koreyadan növbəti raket sınağı

Koreyadan növbəti raket sınağı

Şimali Koreya qitələrarası ballistik raket üçün yeni mühərriki sınaqdan keçirib.

Raket buraxılışı iyunun 21-də həyata keçirilib. Təfərrüatlar hələlik açıqlanmır.

Cənubi Koreyanın prezidenti Mun Çje İn bundan əvvəl Şimali Koreyanın yaxın gələcəkdə ABŞ ərazisində hədəfləri vura biləcək qitələrarası ballistik raketlərin texnologiyasının mənimsəyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Qeyd edək ki, BMT iyunun əvvəlində mütəmadi raket buraxılışları ilə bağlı Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.