Şimali Koreyadan Maduronun ələ keçirilməsinə – Reaksiya

Şimali Koreyadan Maduronun ələ keçirilməsinə – Reaksiya

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsini qınayan sonuncu ölkə Şimali Koreyadır.

AzerTimes xəbər verir ki, bu barədə Pxenyanın Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

“Venesuelada törədilən ABŞ-ın hegemonluq cəhdlərini qətiyyətlə pisləyirik. Bu hadisə ABŞ-ın qəddar təbiətini bir daha açıq şəkildə təsdiqləyən nümunədir”, – açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Teqlər: