ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığının Cənubi Koreyanın Busan limanına daxil olması nüvə silahından istifadə etməyimizə səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nama bildirib.
Nazir söyləyib ki, ABŞ onun nüvə aktivlərinin çox təhlükəli sulara daxil olduğundan xəbərdar olmalıdır.
Qeyd edək ki, göyərtəsində ballistik raketləri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji nüvə sualtı qayığı 40 ildən sonra Busan limanına daxil olub