Qızdırma ilə müşahidə olunan naməlum hallar Şimali Koreyada
yayılmağa başlayıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Mərkəzi
Teleqraf Agentliyinə istinadən bildirib.
Məlumata əsasən, aprelin sonundan bəri Şimali Koreyada əhali
arasında naməlum qızdırma halları yayılmağa başlayıb və 350 000
insana təsir edib. Qeyd olunub ki, hazırda 162 200 nəfər müalicə
olunub.
Eyni zamanda, bu halların ölkədə aşkarlanan COVID-19 ilə əlaqəli
olub-olmadığı bildirilməyib.