Şimali Koreyada daha 232 min insanda qızdırma halı aşrkarlanıb

Şimali Koreyada son sutka ərzində 232 mindən çox insan ölkənin “qızdırma” adlandırdığı xəstəliklə xəstələnib, 6 nəfər infeksiyanın
nəticələrindən dünyasını dəyişib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

“Şimali Koreya ölkə daxilində qızdırma əlamətləri olan
232,000-dən çox insanın və daha 6 nəfərin öldüyünü, ümumi ölüm
sayının 62-yə çatdığını bildirib,” – deyə qeyd olunub.

Ümumilikdə, Pxenyanın “qızdırma” adlandırdığı xəstəlik artıq
KXDR-də 1,72 milyon insanda aşkarlanıb. Eyni zamanda, 1,02
milyondan çox insan tam sağalıb, 691 minə yaxınının müalicəsi davam
etdirilir.

Teqlər: