ABŞ və Cənubi Koreya kəşfiyyat rəsmiləri Şimali Koreyanın Punggye-ri poliqonunda yeni nüvə sınaqları keçirməyə hazırlaşdığını müəyyən edib.
AzerTimes xəbər verir ki, peyk görüntüləri sınaq yerində mart ayından etibarən Tunelin-3-ün girişində yeni qazıntıların aparıldığını və 2018-ci ildə dağıdılan bəzi binaların həmin ərazidə yenidən inşa edildiyini göstərib.
Digər tərəfdən, BMT ekspertlərinin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda Şimali Koreyanın Yonbyon nüvə sahəsindəki uranın zənginləşdirilməsi obyektini genişləndirməyə davam etdiyi bildirilib.