Pxenyan daha bir naməlum mərminin buraxılışını həyata keçirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, mərmi Yapon dənizi istiqamətində atılıb.
Bu, Şimali Koreyanın bu il həyata keçirdiyi artıq 6-cı buraxılışıdır. Cənubi Koreya ordusunun qanadlı raket ola biləcəyinə inandığı iki mərminin sonuncu sınağı yanvarın 25-də baş tutub.
Müşahidəçilər deyirlər ki, KXDR tərəfindən qanadlı raketlərin buraxılması BMT tərəfindən qadağan edilmir, sanksiyalar ballistik texnologiyalardan istifadə edilən raket buraxılışlarına şamil edilir.