Şimali Koreya Yapon dənizinə iki ballistik raket atdı

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atdı

Şimali Koreya Pxenyandakı Sunan aerodromunun ərazisindən Yapon dənizinə doğru iki yaxın mənzilli ballistik raket atıb.

AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hərbçilər raketin məsafəsini, hündürlüyünü və sürətini təhlil edir:

“Şimali Koreya bu il 38 dəfə ballistik raket atıb, ümumilikdə 67 raket atılıb. Bundan əlavə, Pxenyan 3 dəfə qanadlı raketləri sınaqdan keçirib, artilleriya atəşi, hava qüvvələri təlimləri, kosmik peykin sınaq sistemləri və raket mühərrikləri həyata keçirib. Dekabrın 18-də KXDR iki orta mənzilli ballistik raketlə hərbi kəşfiyyat peyki üçün sistemləri sınaqdan keçirib”.

Teqlər: