Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb.
AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, yaxınmənzilli iki ballistik raket 10 dəqiqə fasilə ilə buraxılıb.
Məlumata görə, hər iki raket 360 km məsafə qət etdikdən sonra dənizə düşüb.