Şimali Koreya Yapon dənizi istiqamətində azı bir naməlum mərmi
atıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı
Cənubi Koreyanın Qərargah Rəisləri Birləşmiş Komitəsi yayıb.
Son buraxılış ilin əvvəlindən KXDR tərəfindən həyata keçirilən
doqquzuncu raket buraxılışıdır. Yanvarda Pxenyan taktiki idarə
olunan raketləri və dəmiryolu raket sistemini, həmçinin havaya
qalxdıqdan sonra manevr edə bilən hipersəs raketlərini sınaqdan
keçirib.